- Baxış sayı: 81
- 10 Oktyabr 2024 15:59
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Qadın voleybolçularımız Sloveniyada keçirilən təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, yığmamızın oyunçusu Katerina Jidkova hazırlıq barədə fikirini bildirib:
“Sloveniyadakı toplanışımız çox gözəl keçir. Məşqlərin intensivliyi yavaş-yavaş artır, ab-hava əladır. Hal-hazırda məşqlərdə 30 voleybolçu iştirak edir, bu da çox müsbət haldır.
Komandada rəqabət var, məşqçilərin seçim imkanı isə genişdir. Qarşıdakı İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatının seçmə mərhələsində şanslarımızı yüksək qiymətləndirirəm”.