- Baxış sayı: 38
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 47
- Dekabr 01, 2023
- 0
Slovakiya millisinin keçmiş futbolçusu Marian Çişovski vəfat edib. Allsport.az xəbər verir ki, 40 yaşında vəfat edən veteran müdafiəçiyə 6 il əvvəl amiotrofik skleroz diaqnozu qoyulmuşdu.
Çişovski karyerası ərzində “Jilina”, “Petrjalka” (Slovakiya), “Viktoriya” (Çexiya) və “Timişoara” (Rumıniya) klublarında çıxış edib. O, 15 dəfə Slovakiya millisinin formasını geyinmişdi.