- Baxış sayı: 21
- 29 Sentyabr 2023 20:29
- Baxış sayı: 132
- Sentyabr 29, 2023
- 0
“Qəbələ”nin keçmiş futbolçusu Aleksey Qay məşqçiliyə başlayıb. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” komandasında məşqçi kimi çalışacaq.
O, baş məşqçi Aleksey Antonovun köməkçisi təyin olunub. Qay 2013-2015-ci illərdə “Çernomorets”də, 2015/16 mövsümündə isə Antonovla birlikdə “Qəbələ”də çıxış edib.
Antonov bir müddət əvvəl “Çernomorets”in baş məşqçi təyin olunub.