- Baxış sayı: 20
- 04 İyun 2023 19:32
- Baxış sayı: 22
- İyun 04, 2023
- 0
“Keşlə”nin qapıçısı Stanislav Namaşko, Moldova millisinə dəvət alıb. Allsport.az saytı xəbər verir ki, o, millətlər liqasının pley-ofunda Qazaxıstanla oyunlarda yer alacaq.
İlk görüş martın 24-də Kişinyovda “Zimbru” stadionunda, cavab matçı 29-da “Astana arena”da keçiriləcək.
Bu cütün qalibi 2022/23 mövsümünün “C” liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq. Məğlub tərəf “D” liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.