- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 39
- Aprel 27, 2025
- 0
Gənclər və idman naziri Fərid Qayıbov dünya kikboksinq təşkilatları assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib.
Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkədə idman sahəsində qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycanda kikboksinq idman növünün inkişafı istiqamətində görülən işlər, dünya kikboksinq təşkilatları assosiasiyası ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Görüşdə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, WAKO vitse-prezidenti, Türkiyə kikboksinq federasiyasının prezidenti Səlim Qayıcı, Azərbaycan kikboksinq federasiyasının prezidenti Orxan Əliyev və digər şəxslər də iştirak ediblər.