- Baxış sayı: 57
- 09 Noyabr 2025 22:22
- Baxış sayı: 57
- Noyabr 09, 2025
- 0

Allsport.az xəbər verir ki, “Sumqayıt” premyer liqanın 12-ci turunda evdə “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəlib. “Kimyaçılar”ın baş məşqçisi Samir Abbasov mətbuat konfransında açıqlama verib:
“Azarkeşlərimizə təşəkkür edirəm, bu gün möhtəşəm idilər. Bugünkü qələbədə böyük pay sahibidirlər. Son oyunda xal itirdiyimiz üçün üzərimizdə təzyiq var idi. Həm də itkilərimiz olmuşdu. Oyunun gedişatı göstərdi ki, itkilərimizin yerini doldura bildik.
Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Kimlərəsə bu qələbə təəccüblüdürsə, deməli, futboldan anlayışı budur. Layiqli qələbə qazandıq. Son oyunlarda inkişafdayıq”.