- Baxış sayı: 32
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün kişi həndbolçuların Avropa çempionatı-2026-nın ilkin təsnifatı başladı. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında yarışın təntənəli açılışı oldu. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib.
Azərbaycan həndbol federasiyasının prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan kanoe və avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun millimizin tam üstünlüyü ilə keçdi.
Meydançaya qələbə üçün çıxan millimiz fasiləyə 18:6 hesablı üstünlüklə yollandı. 2-ci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34:25 qalib gəldilər.
Bizdən matçın “ən yaxşı oyunçu”su Ramazan Muradov seçildi. Bu o, 24 yaşını qeyd edirdi. Həndbolçumuz 2-ci Vətən müharibəsi qazisidir. Bu münasibətlə ölkə başçısı İlham Əliyev onu yaxınlarda mənzil ilə mükafatlandırıb.