Kişi otüstü hokkeyçilərimiz üstünlüyünü qoruya bilmədi

Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu davam edir. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz «B» qrupunda 2-ci matçına çıxıb. Rəqib Belarus komandası olub. Görüşə otüstü hokkeyçiləmiz üstün başlasa da, 3-cü periuddan sonra təşəbbüsü şimallılara verib.

Ön xətt oyunçusu Tofiq Məhəmməd yığmamızı 2 dəfə (16, 38) hesabda irəli çıxarıb. Xalid Salam 54-cü dəqiqədə tarazlıq yaratsa da (3:3), 2 dəqiqə sonra rəqib 1 dəfə də fərqlənərək, matçda son nöqtəni qoyub – 4:3.

İlk oyunda millimiz Fransaya uduzmuşdu – 0:4. Martın 10-da otüstü hokkeyçiləmiz qrupda Çex Respublikası ilə  son görüşünə çıxacaq.

İlkin mərhələ başa çatdıqdan sonra, 1/4 final başlayacaq. Martın 12-də hər qrupun qalibi digərində 4-cü yeri tutan milli komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cüsü ilə üz-üzə gələcəklər. Daha sonra çərək finalın qalibləri ayın 14-də yarımfinalda qarşılaşacaqlar.

Bürünc medal və final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq.

Həmin kateqoriyadan