Kişilər qələbələri sıralayır

Azərbaycanın kişilərdən ibarət şahmat yığması İsraildə start götürən komandalar arasında dünya çempionatına qələbələrlə başlayıb.

Allsport.az saytı xəbər verir ki, 1-ci turda millimiz Özbəkistana 2,5:1,5 qalib gəlib. Şəhriyar Məmmədov və Rauf Məmmədov rəqiblərini məğlub ediblər, Teymur Rəcəbov heç-heçə oynayıb, Aydın Süleymanlı yenilib.

2-ci turda komandamız ABŞ şahmatçılarını 3:1 hesabı ilə üstələyib. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qələbə qazanıblar, Qədir Hüseynov və Vüqar Əsədli rəqibləri ilə heç-heçə ediblər.

“B” qrupunda yer alan komandamız 2 turdan sonra 4 xalla vahid liderdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish