Klublar komitəsində premyer liqada baş verən prosseslər müzakirə olunub

“Bulvar” mekhmanxanasında klublar komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, icraiyyə komitəsinin protokolu Orxan Əhmədov və ölkə çempionatında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Tədbirdə premyer liqanın cari mövsümü ərzində baş verən prosseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçuların imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub. Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish