- Baxış sayı: 45
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 30
- Sentyabr 28, 2023
- 0
AFFA-nın inzibati binasında 2023/2024-cü illər lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan premyer liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Cari mövsümdə lisenziya menecerləri üçün təşkil olunmuş imtahandan uğurla keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.
Tədbirin sonunda isə növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.