- Baxış sayı: 26
- 30 Yanvar 2023 13:36
- Baxış sayı: 17
- Fevral 02, 2023
- 0
Estoniya paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə idmançılarımız 2 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələniblər.
“Ümid” klubundan Sabir Məmmədli (27 kq) 1-ci, Coşqun Məmmədzadə (33 kq) 2-ci, Rasim Qarayev (27 kq) və Kənan Balayev (30 kq) 3-cü yer tutublar.
“Gədəbəy” idman klubunun təmsilçisi Həsənov Süleyman (44 kq) çempion tituluna sahib olub.
“Fortis”dən Mehman Qənbərov (27 kq) bürünc medala yetişib. “Alov”dan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü pillədə qərarlaşıblar.