Klublararası qitə çempionatında

22-27 avqustda Estoniya paytaxtı Tallində klublararası Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ölkəmiiz bu yarışda “Ümid” taekvondo klubunun baş məşqçisi İlkin Şahbazovun rəhbərliyi Sabir Məmmədov (27 kq), Rasim Qarayev (27 kq), Kənan Balayev (30 kq) və Coşqun Məmmədzadə (33 kq) təmsil edəcəklər.

“Alov” taekvondo klubunun baş məşqçisi Asim Xudiyev adı çəkilən sınaqda İsa Hüseynli (40 kq) və Əli Hüseynliyə (44 kq), “Gədəbəy” idman klubunun baş məşqçisi Beyrək Bağırov yetirməsi Süleyman Həsənova (44 kq), Ağcabədi OİK-in baş məşqçisi Tapdıq Əkbərov isə Elçin Həsənova (48 kq) fürsət verəcəklər.

“Fortis”dən Mehman Qəmbərov (27 kq), “Kristal-Abşeron”dan Ülvi Məmmədov (30 kq) da mübarizə aparacaqlar.

Beynəlxalq dərəcəli referilər Elşad MəmmədovAygül Abdullayeva yarışda ölkəmizi təmsil edəcəkdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish