- Baxış sayı: 39
- 07 Dekabr 2025 18:10
- Baxış sayı: 250
- Dekabr 05, 2025
- 0

Bu gün Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. Allsport.az xəbər verir ki, “Kobra” ləqəbli Pərviz Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayacaq.
Onun rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olacaq. Döyüş Bakı vaxtı ilə 23:00-da start götürəcək və Rusiyanın “Боец” kanalı ilə canlı yayımlanacaq.