“Köhlən atlar” 4 pillə irəlilədi

“Qarabağ”ın Avropa liqasının “G” qrupunda 6-cı turunda “Frayburq”la matçından (1:1) sonra UEFA-nın klub reytinqindəki yeni mövqeyi bəlli olub. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” 4 pillə irəliləyib.

Qurban Qurbanovun komandası siyahıda 61-ci sırada yer alıb. Hazırda son ölkə çempionunun hesabında 25.000 xal var. Nəticədə “Qarabağ” Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə 61 – 63-cü yerləri bölüşür.

Ağdam klubu qitə liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna konfrans liqasında davam edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish