• Ça. İyl 5th, 2022

“Köhlən atlar”dan 21-ci əsrin rekordu

May 16, 2022

“Qarabağ” cari mövsümdə 100-cü dəfə fərqlənib. Allsport.az saytı xəbər verir ki, yubiley qolunu premyer liqanın XXVII turunda “Səbail”lə səfər qarşılaşmasında Musa Qurbanlı vurub.

Qurban Qurbanovun komandası 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu ölkə çempionatında 68, ölkə kubokunda 15, konfrans liqasında 18 dəfə fərqlənib.

“Köhlən atlar” həm də premyer liqada bir mövsüm ərzində vurulan qol sayında XXI əsrin rekordunu edib. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini 2 top üstələyib.


AllEscortAllEscort