“Köhlən atlar”ın belə səfər qələbəsi olmayıb

“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib.

Allsport.az saytı xəbər verir ki, Ağdam klubu premyer liqanın 7-ci turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən bəri yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarıb. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyük hesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “köhlən atlar”ın rəqib meydanında 6 top fərqli 5-ci uğurudur.

Həmçinin sözügedən oyun “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyük hesablı nəticəsi olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish