“Komanda ilə bərabər, maşını təkmilləşdirmək üçün çox çalışıram”

Avstriya qran-prisindən sonra, İngiltərə mətbuatında Daniel Rikkardonun mövsümün sonunda “Maklaren“ komandasını tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Allsport.az saytı xəbər verir ki, avstraliyalı sürücü gələcək karyerası barədə bunu deyib:

”Son vaxtlar Formula-1-də karyeram haqqında bir çox şayiələr yayılıb, amma istəyirəm bu acıqlamanı şəxsən məndən eşitsinlər. Gələn ilin sonuna qədər müqaviləm var və komandanı tərk etmirəm.

Etiraf edirəm ki, indi mənim üçün asan deyil, amma asan yol heç kimə maraqlı gəlmir! Komanda ilə bərabər, maşını təkmilləşdirmək üçün çox çalışıram. İndi bunu həmişəkindən daha çox istəyirəm. Le Kastellede görüşənədək”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish