- Baxış sayı: 26
- 10 Noyabr 2025 10:10
- Baxış sayı: 82
- Noyabr 09, 2025
- 0

VI İslam həmrəyliyi oyunlarında çıxış edən voleybol üzrə qadınlardan ibarət milli komandamızın toppaylayıcısı Valeriya Kondratyeva açıqlama verib. Allsport.az xəbər verir ki, o, ilk oyunda İran üzərində (3:0) qələbəni şərh edib:
“Komandamı və məşqçilər heyətimizi təbrik edirəm. Bu, bizim ilk oyunumuz idi, qələbə qazanmaq vacib idi və çox şadam ki, biz bunu bacardıq. Oyuna yaxşı hazırlaşmışdıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Çətin anlarda hər kəs bir-birinə dəstək olur, kömək edir. Növbəti oyunlarda da komandamıza uğurlar arzu edirəm”.