- Baxış sayı: 30
- 06 Noyabr 2025 23:14
- Baxış sayı: 37
- Noyabr 06, 2025
- 0

“Komo”un yarımmüdafiəçisi Nikolas Pas ardıcıl ikinci dəfə “A” seriyasında ayın ən yaxşı gənc oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, argentinalı futbolçu bu mükafatı avqustda, indi də sentyabrda qazanıb.
Bu mövsüm Pas altı matçda üç qol vurub və üç məhsuldar ötürmə edib. “Komo” hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.