- Baxış sayı: 34
- 06 Noyabr 2025 23:14
- Baxış sayı: 41
- Noyabr 06, 2025
- 0

“Milan”ın sabiq baş məşqçisi Serxio Konseysao gözlənildiyi kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun sükanı arxasına keçib.
Allsport.az xəbər verir ki, onun müqaviləsi 2027-ci ilə qədərdir.
Səudiyyə Ərəbistanında Konseysaoya Joau Kosta, Siramana Dembele, Fabio Moura, Diamantino Fiqeyredo, Vedran Runje və performans analitiki Eduardo Oliveyradan ibarət məşqçilər heyəti qoşulub.
Portuqaliyalı “Əl-İttihad”ın sükanı arxasında bir müddət əvvəl istefaya göndərilən Loran Blanı əvəzləyib.