Könül Mehdiyeva UEFA gənclər liqasının oyununda

AFFA-nın vitse-prezidenti və icraiyyə komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Allsport.az xəbər verir ki, o, gənclər liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 11-də Antalyada yerləşən Arslan Zəki Dəmirçi idman kompleksində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Həmin kateqoriyadan