Könül Nurullayeva Səudiyyə oyunlarında həndbol matçını izləyib

27 oktyabrda Səudiyyə oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, 7 noyabrda qədər davam edəcək tədbirin məşəl mərasimi paytaxt Ər-Riyadda start götürüb və bütün krallığı dolaşacaq. Yarışda 6000 idmançı 45 növdə mübarizə aparır. Onlardan 5-i paralimiaya daxildir.

Oyunlar çərçivəsində ölkənin tanınmış həndbol klubları “Əl Xələc” və “Əl Hada” üz-üzə gəliblər. Görüşü izləyənlər arasında İslam həmrəyliyi idman federasiyasının nəzarət və koordinasiya komitəsinin və 5-ci İslam oyunlarının təşkilat komitəsinin üzvü Könül Nurullayeva da olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish