Konya-2021-in mediada işıqlandırılması nazirlikdə müzakirə edildi

5-ci İslam həmrəyliyi oyunlarına hazırlıqla bağlı iyulun 27-də gənclər və idman nazirliyində iclas olub. Allsport.az saytı xəbər verir ki, ölkəmizi təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda nazir Fərid Qayıbov, oyunlara az vaxt qaldığını xatırladaraq Azərbaycanın geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

O, dövlətin idmançılarımızın oyunlarda iştirakı üçün bütün vacib məsələləri həll etdiyini qeyd edib. Bildirib ki, görüşün əsas məqsədi qarşıya çıxa biləcək sualları birlikdə müzakirə etməkdir.

Azərbaycan oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkə olacaq. İclasda nümayəndə heyətinin vahid geyimi, tibbi təminatı, yerləşmə, nəqliyyat, qidalanma və digər mühüm məsələlər barədə məlumat verilib, federasiya nümayəndələrinin sualları cavablandırılıb. Həmçinin İslam həmrəyliyi oyunlarının mediada işıqlandırılması məsələləri də müzakirə edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish