- Baxış sayı: 27
- 15 Fevral 2026 11:28
- Baxış sayı: 266
- Fevral 13, 2026
- 0

Səudiyyə Ərəbistanı pro liqasının 5-ci turunun son oyunu Ər-Riyadda başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Əl Nəsr” evdə “Əl Vəhda”nı qəbul edib və qalib gəlib (2:0).
Meydan sahibləri hər hissədə bir qol vurub. 41-ci dəqiqədə Qabriel Ancelo, 56-cı dəqiqədə Kriştianu Ronaldu fərqlənib. Portuqaliyalı penaltini qola çevirib.
“Əl Nəsr” məğlubiyyətsizlik səralamasını 5 matça çatdırıb və 11 xalla 2-ci yerdədir. “Əl Vəhda” 4 xalı və 11-ci pillədə qərarlaşıb.