Krosda paytaxt çempionatının qalibləri

Bakı dövlət cıdır meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yeniyetmələr, gənclər və böyüklər arasında 8 komandanın heyətində 70 atlet mübarizə aparıb.

Qadınlarda 1 kilometr məsafəyə qaçışda Ləman İsfəndiyarova 1-ci olub. Tutuxanım İsrafilova 2, Leyla Sadıqova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.

Kişilərdə Atilla Hüseynli 2, Mahmud Mehdiyev 3, Nurlan Bayramov 6, Elman Abışov isə 10 kilometr məsafədə hamıbı qabaqlayıblar fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fəxri kürsüyə çıxanlar Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish