- Baxış sayı: 31
- 22 May 2025 01:26
- Baxış sayı: 109
- May 21, 2025
- 0
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşıb.
Görüşdə hesabı komandamız açıb. Baxışda olan seneqallı Loren Mendi Asiya təmsilçisinin qapısına yol tapıb. Küveyt klubu fasiləyədək hesaba tarazlıq gətirib.
2-ci hissədə “Qəbələ” yenidən fərqlənib. Baxışda olan braziliyalı Luizinyo Qedeş rəqibi məyus edib. Qonaq komanda bu topun əvəzini çıxa bilib – 2:2.