Lənkəranda stolüstü tennis yarışında salyanlılar fərqlənib

Lənkəran olimpiya idman kompleksində Avropa idman həftəsi layihəsi çərçivəsində stolüstü tennis yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, İmişli və Beyləqandan ümumilikdə 70-ə yaxın iştirakçı qatılıb.

Maraqlı mübarizənin nəticələrinə əsasən, qadınlardan Güllü Qafarova baş mükafata layiq görülüb. Fatimə Ələkbərova 2-ci, Azərin Qafarova (hər üçü – Salyan) 3-cü yeri tutub.

Kişilərin mübarizəsindən İlkin Abdulov (Şirvan) qalib ayrılıb. Mehman Səmədov (Salyan) gümüş, Elnur Yahyayev (Salyan) bürünc medal qazanıb. Fərqlənən idmançılara, həmçinin fəal iştiraklarına görə paralimpiyaçılar Vüsal Sadıqovla Mədinə Nəhmətovaya AGİN-in və ASTF-in hədiyyələri təqdim olunub.

Yarışın təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasıdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish