- Baxış sayı: 32
- 09 Dekabr 2024 23:52
- Baxış sayı: 156
- Dekabr 09, 2024
- 0
“Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib. 31 yaşlı qolkiper təlim-məşq toplanışının qaydasında getdiyini söyləyib:
“Sabahdan komanda şəklində məşq edəcəyik. Çalışırıq ki, ovqat yüksək olsun və çempionata yaxşı hazırlaşaq. Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionçuların olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır”.