Levandovski ilə mübahisə etdi, istefa verdi

Polşa millisinin baş məşqçi Mixal Probej istefa verib.
Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bunu komandanın kapitanı Robert Levandovski ilə mübahisəsi fonunda edib.

Probej 2023-cü ilin sentyabrından yığmanın sükanı arxasında idi. Komanda onun rəhbərliyi altında 21 oyunda 10 qələbə qazanıb, 7 dəfə uduzub.

Həmin kateqoriyadan