- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister, karyerasını “Liverpul”da davam etdirmək üçün “Brayton”dan ayrılıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu tibbi müayinədən uğurla keçib, şəxsi müqaviləyə razılıq verib və bu yay mersisaydlıların ilk transferi olub.
İngiltərə təmsilçisi müqavilənin təfərrüatlarını açıqlamayıb. Daha əvvəl futbolçunun onlara 40 milyon avroya başa gələcəyi, müqavilənin isə 2028-ci ilə qədər olacağı bildirilmişdi.
2022/23 mövsümündə argentinalı çempionatda və İngiltərə kubokunda “Brayton” üçün 40 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə verib.