- Baxış sayı: 38
- 10 Oktyabr 2024 23:46
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Bu gün əfsanəvi futbolçu Luis Saha “Qarabağ”ın bazasını ziyarət edib. Allsport.az saytı xəbər verir ki, firəng hücumçu Ağdam klubunun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb.
Görüşün sonunda futbolçuya “Qarabağ”ın “9” nömrəli forması hədiyyə olunub. Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. O, komandaya və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb və “Qarabağ”ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.
Sonda isə Luis Saha klubun məşqçi və texniki heyəti ilə bərabər futbol oynayıb. Xatırladaq ki, Luis Saha Fransa millisində 20 oyuna çıxıb, “Mançester Yunayted”, “Tottenhem”, “Latsio” kimi klubların şərəfini qoruyub.