- Baxış sayı: 10
- 23 Mart 2025 18:41
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, matçın ağır keçdiyini deyib:
“Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. Futbolçular verdiyimiz tapşırıqları bizə qaytarmağa çalışdı. Bura hazırlıqlı gəlmişdik. Komanda şəklində futbolçularımız yaxşı iş ortaya qoymağa çalışdı. Yolumuza davam edəcəyik. Məğlub olsaq da, irəli baxmalıyıq.
Qırmızı vərəqə? Epizoda təkrar da baxdıq, orada heç sarı vərəqəlik kobudluq da yox idi. Ötən tur “Kəpəz”lə oyunda da Ülviyə qarşı aşkar qayda pozuntusu oldu, ancaq penaltı təyin olunmadı və VAR-dan xəbər gəlmir. Bu dəfə də qırmızı vərəqə…
Möhkəm komandamız var. Bu cür addımla bizi yolumuzdan döndərmək mümkün olmayacaq. Sona qədər mübarizəmizi davam etdirəcəyik”.