- Baxış sayı: 45
- 20 Mart 2025 13:58
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Yüngül çəkidə boks üzrə mütləq dünya çempionu Artur Beterbiyev özünü əfsanəvi Məhəmməd Əli ilə müqayisə edib.
Allsport.az xəbər verir ki, rusiyalı idmançı amerikalıdan geri qaldığını açıqlayıb:
“Bütün karyeram boyunca həmişə 12 raundun hamısına hazırlaşıram. Elə vaxt olmayıb ki, kimisə müəyyən raundda bitirməyə hazırlaşıram. Bütün döyüşü boks etməyə hazırlaşıram. Məsələn, Məhəmməd Əli hansı raundda başa vuracağını təxmin edə bilirdi. Mən o qədər də yaxşı boksçu deyiləm, belə qabiliyyətlərim yoxdur, ona görə də tam döyüşə hazırlaşıram”.