- Baxış sayı: 60
- 25 Mart 2023 21:20
- Baxış sayı: 61
- Mart 25, 2023
- 0
Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarında çempionatda məğlubiyyət görməyən “Məhsul”, qızıl medallara digər iddialı “Dinamo”ya hər 2 matçda yenildi (22:27, 26:27). Komandanın baş məşqçisi Emin Aydəmirov, allsport.az saytına açıqlamasında görüşləri belə dəyərləndiri:
“Bildiyiniz kimi bu il Azərbaycan cempionatında 7 komanda mübarizə aparır. Onlardan 2-si gənclərdən ibarətdir, zamanla rəqabətə qoşulacaqlar. Qalan 5 klub, fikrimcə, cempionatın son turunadək çempionluq mübarizəsini aparacaqlar. Son 2 oyunla baglı onu deyə bilərəm ki, azarkeşlər üçun çox maraqlı oldu.
Şənbə qarşılaşmasında son 3 dəqəqədə təkbətəkləri qola çevirə bilmədik. Bazar günü keçirilən oyunda isə, son saniyələrdə hakim tərəfindən buraxılan bir passiv səhfi, bizi son hücumdan etdi və oyunu qələbə ilə başa vurmaq ehtimalımızı almiş oldu. “Dinamo” komandasını təbrik edirəm, öz komandamın uşaqlarına təşəkkür edirəm. Hakimlərə isə, daha diqqətli olması vacibdir”.