- Baxış sayı: 32
- 14 Oktyabr 2024 20:51
- Baxış sayı: 62
- Oktyabr 11, 2024
- 0
17-25 avqustda Sloveniyanın Maribor şəhərində məktəbli boksçuların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Komandaya boks federasiyasının idarə heyətinin üzvü, aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.
Oğlanların döyüşündə Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) rinqə çıxacaqlar. Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.
Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi ilə qızlarda Saraxanım Səmədov (38 kq), Aylin Nəzərov (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) döyüşəcəklər.