- Baxış sayı: 231
- 18 Sentyabr 2023 23:23
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 4-cü mərhələsində ilk görüşlərini keçiriblər.
Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın 1-ci turunda hələ Ermənistan təmsilçisi sayılan Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini 27-ci gedişdə məğlub edib.
Teymur Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə bərabərə qalıb.
Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.