Məşhur boksçu karyerasını bitirmək məcburiyyətindədir

Yaponiyalı boksçu Qinciro Siqeoka karyerasını bitirəcək.

Allsport.az xəbər verir ki, buna səbəb sabiq dünya çempionun beynindən əməliyyat olunmasıdır.

Ötən həftə Siqeoka minimum çəki dərəcəsində İBF üzrə dünya titulu uğrunda döyüşdə filippinli Pedro Tadurana uduzub. Nəticə açıqlandıqdan sonra 25 yaşlı idmançı rinqdə huşunu itirməyə başlayıb. O, xərəkdə aparılaraq xəstəxanaya göndərilib və beynindən əməliyyat olunub. O, hazırda Osakadakı xəstəxananın reanimasiya şöbəsindədir.

JBC-nin qaydalarına görə, beyin əməliyyatı keçirmiş boksçunun peşəkar lisenziyası ola bilməz ki, bu da Siqeokanın karyerasının sonu deməkdir.

2023-cü ildə Siqeoka meksikalı Daniel Valladares üzərində texniki nokautla qalib gələrək İBF titulunu qazanıb. Peşəkar karyerasında yapon döyüşçünün 11 qələbəsi (9-u nokautla) və 2 məğlubiyyəti var.

Həmin kateqoriyadan