Məşhur cüdoçu dünya çempionatını buraxacaq

Cüdo üzrə 12-qat dünya çempionu Teddi Riner Budapeştdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan fransalı cüdoçu Paris-2024 yay olimpiya oyunlarından sonra zədə səbəbindən yarışlarda iştirak etmir. O, sağ dirsəyindən əməliyyat olunub.

Riner London (2012), Rio-de-Janeyro (2016), Tokio (2021) və 2 dəfə Paris (2024) yay olimpiya oyunlarının qalibi olub. O, həmçinin 5-qat Avropa çempionudur.

Həmin kateqoriyadan