Məşhur hokkeyçi karyerasını bitirdi

Dünya çempionu və olimpiya oyunlarının gümüş mükafatçısı Lui Eriksson karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, 39 yaşlı hokkeyçi NHL-də “Dallas Stars”, “Boston Bruins”, “Vankuver Kenaks” və “Arizona Koyots” komandalarında çıxış edib. Eriksson NHL-in müntəzəm mövsümündə 1050 oyun keçirib və 613 (253+360) xal toplayıb. İsveçli idmançı Stenli kubokunun pley-off mərhələsində 44 oyun keçirib və 14 (6+8) xal toplayıb.

Erikssonun karyerasında son klub “Frölun” olub. 2023/2024 mövsümünün İsveç çempionatının 34 matçında Lui 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan