Məşhur klub cəzalandı

İngiltərə futbol liqası “Şeffild Uensdey” klubuna üç transfer pəncərəsi üçün hər hansı oyunçu alışının qadağan edildiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, qadağa ötən ilin iyulun 1-dən bu ilin iyunun 30-u arasında ödənişlərin 30 gündən çox gecikdirilməsi səbəbindən tətbiq edilib.

EFL qaydalarına uyğun olaraq, qadağa bütün cari transfer pəncərəsi və növbəti iki (2026-cı ilin qış və yayı) üçün tətbiq olunacaq.

Klub qərardan şikayət etmək niyyəti barədə EFL-i məlumatlandırıb və bu qərara vaxtında baxılacaq.

Bundan əlavə, 3 iyun EFL kluba və onun sahibi Deyfon Çansiri mart və may aylarında oyunçuların maaşlarını ödəməmələri ilə bağlı ittihamlar irəli sürüb. Məsələyə müstəqil intizam komissiyası baxır.

Həmin kateqoriyadan