Məşhur klub peşəkar statusunu itirdi

İtaliya futbol federasiyası “Breşiya”nı peşəkar statusundan məhrum edib.

Allsport.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi peşəkar liqalardan kənarlaşdırılıb.

1911-ci ildən mövcud olan klub cari çempionatın sonunda “B” seriyasından aşağı liqaya düşüb. “Breşiya”nın ümumilikdə 3 milyon avro borcu var. Klubun sahibi Massimo Çellino İtaliya azarkeşlərlə çoxsaylı münaqişələrdən sonra bu məbləği ödəməkdən imtina edib.

Həmin kateqoriyadan