- Baxış sayı: 31
- 22 Mart 2023 21:06
- Baxış sayı: 185
- Mart 22, 2023
- 0
Polşanın “Motor” komandasının baş məşqçisi Qonzalo Feyo ilə klub prezidenti Pavel Tomçik arasında uzun müddətdir gərginlik yaşanır.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bir neçə həftədir mətbuat konfranslarında, xüsusən də komandanın yoxlama matçlardan birində süni örtüklü meydançada oynamaq məcburiyyətində qalmasına görə klub rəhbərliyini tənqid edib.
Bundan sonra prezident ilə mütəxəssis arasında vəziyyət daha da gərginləşib. Onların arasında mübahisə yaşanıb. Mübahisə zamanı Feyo dəyənək ilə Tomçikin başını yarıb. Pavel Tomçik xəstəxanaya aparılıb.
Bildirilir ki, Feyo bu hərəkətinə görə istefaya göndəriləcək.