Məşqçilər üçün təhlükəsiz yıxılma proqramı üzrə beynəlxalq seminar

Cüdonun əsaslarından birini təşkil edən təhlükəsiz yıxılma üzrə beynəlxalq seminar “Safe fall” təlim və tədris üzrə beynəlxalq dərəcəli ekspert Maykl Kallan tərəfindən aparılıb. Allsport.az saytı xəbər verir ki, məşqçilər sonra sosial inkluzivlik çərçivəsində yaşlı insanlar üçün nəzərdə tutulan təhlükəsiz yıxılma üzrə təlimlər keçib və layihəyə dəstəklərini göstərəcəklər.

Məşğələ zamanı iştirakçılar yıxılmanın bədbəxt fəsadlarını azaltmaq üçün cüdonun xüsusi üsulları haqqında məlumat və təcrübi biliklər əldə ediblər. Seminarın məqsədi cüdonun fiziki, əqli sağlamlıq, disiplin və bədən tərbiyə metodu kimi imkanlarından yararlanmaqdır.

Həmçinin, təqaüd yaşına çatan yaşlıları ölümcül və zədəli yıxılmalardan qorumaq və onların sağlamlığının və əmək qabiliyyətinin qayğısına qalmaqdır.

Həmin kateqoriyadan