Məsud Özildən Azərbaycana növbəti dəstək

Türkiyənin “Başağşəhər” klubunda çıxış edən Məsud Özil, ölkəmiz dəstək nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı ulduz futbolçu Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə əlaqədar özünün rəsmi İnstaqram səhifəsinin “Tarix” bölümündə paylaşım edib.

Almaniya millisinin keçmiş üzvünün paylaşımında bildirilib: “Azərbaycan – Ermənistan sərhədində baş verən silahlı toqquşmada şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə başsağlığı verirəm”.

O, 44-günlük 2-ci Vətən müharibəsi zamanı da Azərbaycana dəstəyini ifadə etmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish