- Baxış sayı: 9
- 12 Mart 2026 17:26
- Baxış sayı: 329
- Mart 12, 2026
- 0

“Çelsi”nin yarımmüdafiəçisi Pedru Netu çempionlar liqasının 1/8 finalında PSJ ilə oyunda (2:5) topdaşıyan oğlanla yaşanan insidentə görə üzr istəyib.
Allsport.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində topu vaxtında verməyən uşağı itələyən portuqaliyalı vinger, hərəkətinin emosiyalar fonunda baş verdiyini bildirib.
VAR tərəfindən yoxlanılan, lakin cəzasız qalan epizoddan dərhal sonra Netu həmin uşağa yaxınlaşaraq köynəyini hədiyyə edib: “Məğlub olurduq və topu tez oyuna daxil etmək istəyirdim, o isə topu vermirdi. Onu yüngülcə itələdim. Mən belə insan deyiləm, hər şey hisslərin təsiri ilə oldu. Ondan bəlkə 35 dəfə üzr istədim və köynəyimi bağışladım”.