- Baxış sayı: 30
- 09 Oktyabr 2024 13:58
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Azərbaycan cüdosunda ədavət və yarpaq tökümü davam edir. Allsport.az saytı xəbər verir ki, Elmar Qasımov (100 kq), Rüstəm Orucov (73 kq), Orxan Səfərovun (66 kq) ardından, Məmmədəli Mehdiyev (90 kq) karyerasını bitirdiyi məlum olub. İlk 3 titullu idmançımızdan fərqli, bu ağır çəkili milli üzvünün gedişi məcburidir. Əslində o, Paris-2024 olimpiadasını güləşmək istəyirdi. İllər boyunca yığdığı xallar da buna imkan verirdi. Amma dilinin bəlasına düşüb.
Əldə etdiyimiz bilgiyə görə, dünya mükafatçısı, bir neçə ay öncə maaşının artırılması ilə bağlı baş katib Rəşad Rəsulluya müraciət edib. Amma “yox” cavabı alıb. Bu istək federasiya rəhbərinin xoşuna gəlməyib və belədə, millinin qapısı onun üzünə bağlanıb.
Əslində, məvaicibin və ya mükafatın artırılması ilə bağlı təklif normaldır. Sadəcə, ACF-də bürokratiya və sərt üsul-idarə olduğundan, Məmmədəli “ne za çto” gedib. Bəllidir, federasiyada dəyərlər önəmli deyil. Bu üzdən, öz çəkisində 1 nömrəli cüdoçu asanlıqla silinib. Necə ki, may ayında dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında, Rəşad Rəsullu, olimpiya çempionu Elnur Məmmədlinin yanında, onun bacısı oğlunu intizamsız adlandırmışdı.
Halbuki Kəramət Hüseynovunun bu duruma düşməsində dolayısı ilə özü səbəbkar olub. Niderlandlı (Mark van der Ham) və almaniyalı (Riçard Trautman) mütəxəssislər əsas milliyə onların dövründə cəlb olunub. Keçmiş rəhbərliyin (Rövnəq Abdullayev – Sadıq Sadıqov) dönəmində o 60 kq-da Avropa və dünya çempionatlarının bürünc mükafatını qazanmışdı. Necə oldu sizin idarəçilikdə intizamslz oldu və onu da bir müddət komandadan kənarlaşdırdınız!? Axı idmançı əvvəllər sakit, intizamlı biri kimi tanınırdı.
30 yaşlı Mehdiyevə gəlincə, Bakı-2017 İslam həmrəyliyi oyunlarının 2-qat qızıl, Avropa çempionatının bürünc medalçısı, Rio-2016 və Tokio-2020 yay olimpiya oyunlarının iştirakçısı, “Böyük dəbilqə” və qran prilərin qalib və mükafatçısıdırı. Öz çəkisində yaponlara qalıb gələn yeganə idmançımız idi. Üstəlik, sözünü deyən, cəsarətli və mömin insan kimi də tanınır.