- Baxış sayı: 52
- 05 Fevral 2025 21:25
- Baxış sayı: 43
- Fevral 17, 2025
- 0
Fevralın 4-də gənclər və idman naziri Fərid Qayıbov, Macarıstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə nazirliyin beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.