Macarıstanlı futbolçu: “Qarabağ” ilə oyunda yuxuya getdik”

Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Balint Veçsey, çempionlar liqasının 3-cü təsnifatında “Qarabağ”a evdə uduzaraq (1:3, ilk oyun – 1:1) mübarizəni dayandırmalarından söz açıb. Allsport.az saytı xəbər verir ki, o, buraxdıqları erkən qolun bütün planları korladığını deyib:

““Qarabağ”la oyun planlaşdırdığımız kimi olmadı. Erkən qol ssenarini yenidən yazdı. Amma o halda belə, dağılmamalı idik. Bu matçı dəyişmək üçün bir çox elementlər çatışmırdı. 2-ci hissədə daha çox risk etdik, daha çox irəli getdik. Amma təəssüf ki, rəqib əks-hücumlarından yaxşı istifadə etdi.

Ümumən, kifayət qədər böyük səhvlərə yol verdik. Onlar da bundan istifadə etdilər. Matçda yuxuya getdik. topu yavaş ötürürdük. Topa sahib olduqdan sonra da sürətli keçidlərin icrası praktiki olaraq uğursuz alındı. Topla yavaş davrandıq və rəqibi “sındıra” bilmədik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish