- Baxış sayı: 25
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
“Qarabağ”ın hücumçusu Mahir Əmrəliyə ölkə dışından yeni təkliflər var. Allsport.az saytı xəbər verir ki, Türkiyə super liqasında çıxış edən “Gənclərbirliyi” onu heyətinə qatmaq üçün rəsmi müraciət edib. Ankara təmsilçisi həmyerlimizi 1-illik icarəyə götürmək istəyir.
Bundan başqa, “Estremadura”, “Malaqa” və “Almeria” da İspaniya sequndasında görmək istəyirlər. Əmrəlinin “köhlən atlılar”la anlaşması gələn ilin yayına qədərdir. “Qarabağ” avrokubokda mübarizəni dayandırdıqdan sonra, Mahir legionçu həyatı başlaya bilər.